Year: 2026

Gündəm Idman

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək

İyulun 20-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq. “Əks-səda” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış Bakı bulvarında baş tutacaq. Çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində […]

Gündəm Hadisə Manşet Ölkə

Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyəti dayandırılıb. “Əks-səda” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən yoxlama zamanı sözügedən obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Həmin istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə […]

Gündəm Idman Manşet

“İmişli” Futbol Klubunun yeni loqosu təqdim olunub

“İmişli” Futbol Klubunun yeni loqosu təqdim olunub. “Əks-səda” xəbər verir ki, təqdimat mərasimi bölgə təmsilçisinin planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında gerçəkləşib. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.

Gündəm Ölkə

Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb

İyulun 15-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb. “Əks-səda” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Dünya Gündəm

Yaponiyada təhlükəli istilər davam edir

Son bir həftə ərzində Yaponiyada 4 500-dən çox sakin istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilib. “Əks-səda” xəbər verir ki, bu barədə “373news” nəşri məlumat verib. Bildirilib ki, iyulun 14-də Koçi prefekturasında temperatur rekordu (+38.4 dərəcə) qeydə alınıb. Tokionun yaxınlığında yerləşən Qumma prefekturasında isə temperatur Selsi şkalası ilə 37 dərəcəyə yüksəlib. Tokio sakinlərinə iyulun 16-da gözlənilən isti hava […]

Gündəm Manşet

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. “Əks-səda” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 16-da Bakıda və Abşeron yarımadasında, iyulun 16-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, […]

Gündəm Manşet Ölkə

Samuxda kütləvi zəhərlənmə baş verib

Samuxda kütləvi zəhərlənmə hadisəsi baş verib. “Əks-səda” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. 15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. İyulun 15-i saat 15:30-dan etibarən yeddisi azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya […]

Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda bu gündən yeni 100 manatlıq əsginas dövriyyəyə buraxılır

Bu gündən yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. “Əks-səda” xəbər verir ki, yenilənmiş pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən “Manat” simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə məhdudiyyətli olanlar […]

Dünya Gündəm

ABŞ qoşunları sentyabrın sonuna qədər İraqı tərk edəcək

Birləşmiş Ştatlar 23 ildir mövcud olduğu İraq ərazisindən sentyabrın 30-na kimi öz hərbi qüvvələrini tam şəkildə çıxaracaq. “Əks-səda” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Qeyd edilib ki, bu qərara İraq hökumətinin rəhbəri Əli əz-Zeydinin Vaşinqtona səfəri və Ağ Evdə ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlar çərçivəsində gəlinib. Donald Trampın sözlərinə görə, artıq […]

Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan və Slovakiya arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb. “Əks-səda” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda baş tutub. Sənədi Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə və “Slovakia Travel”in baş icraçı direktorunun müavini Martina Urik Viktorinova imzalayıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.