Bakıda avtobusun iştirakı ilə zəncirvari QƏZA BAŞ VERDİ – FOTO
Bakının mərkəzində, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. ƏksSəda Oxu.Az-a istinadla xəbər verir ki, qəza zamanı sərnişin avtobusu “Hyundai” markalı avtomobillə, həmin avtomobil isə BMW ilə toqquşub. BMW daha sonra digər “Hyundai” avtomobilinə çırpılıb. Hadisə nəticəsində yaralananların olub-olmadığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.



