Year: 2026

Dünya Gündəm İQTİSADİYYAT

Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri Nyu-Yorka hərəkət edir

Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri ABŞ-ın Nyu-York şəhərinə doğru hərəkət edir. Əks-səda xəbər verir ki, bu barədə “Reuters“ LSEG məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, Malta bayrağı altında üzən tanker Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmadan sonra Nyu-Yorka istiqamət alıb. Rusiya dizel yanacağının ixracına tətbiq etdiyi […]

Dünya Gündəm Texnologiya

ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb

ABŞ Hərbi Dəniz Qüvvələri hərbi gəmilərdə müxtəlif sensorlardan alınan məlumatları birləşdirən süni intellekt sisteminin tətbiqi üçün yerli “Applied Intuition” şirkəti ilə 25 milyon dollarlıq müqavilə imzalayıb. Əks-səda xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri məlumat yayıb. Qeyd olunub ki, ilkin mərhələdə “Intelligent Perception System” (IPS) sistemi “Arleigh Burke” sinfinə aid beş esminesdə quraşdırılacaq. Gələcəkdə texnologiyanın […]

Dünya Gündəm Hadisə Siyasət

Albaniya parlamentində deputatlar arasında dava düşüb

Albaniya parlamentinin bugünkü iclası Sosialist və Demokrat partiyalarından olan deputatlar arasında dava ilə başa çatıb. Əks-səda CNA-ya istinadən xəbər verir ki, sessiya zamanı parlamentarilər bir-birini təhqir ediblər. Müxalifət deputatları gündəliyin müzakirəsini bloklamağa çalışdıqları halda, çoxluğun nümayəndələri gündəliyə daxil edilmiş qanun layihələrinə səs verməyə davam ediblər.

Dünya Gündəm Idman

“Real” Arda Gülərlə 5 illik müqavilə imzalayıb

İspaniyanın “Real” (Madrid) klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, “Kral klubu” üç il əvvəl heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə barədə razılığa gəlib. Qeyd edək ki, Arda Güler cari mövsümdə məhsuldar ötürmələri ilə […]

Cəmiyyət Gündəm Ölkə

AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Sabahdan Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Dünya Gündəm Hadisə

Çində 7 maqnitudalı zəlzələ olub

Çində, Tibetin şimalında 7 maqnitudalı zəlzələ baş verib. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi (CENC) məlumat yayıb. Mərkəzdən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:33-də qeydə alınıb. Zəlzələnin episentri Tibetin şimalındakı Naqçu şəhərində yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Gündəm Hadisə Ölkə

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alnıb. Qəsəbə ərazisində iki avrtomobilin toqquşması nəticəsində Lyudmina Məmmədova (1961), Səkinə Məmmədova (1990) və Sevinc Mehdiyeva (1991) müxtəlif bədən xəsarətləri alaraq şəhərdəki xəstəxanalardan birinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma […]

Gündəm Ölkə Sağlamlıq Sosial

Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb

Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub və artıq peyvəndlənməyə başlanılıb. Əks-səda xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən cari ildə də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Regionlarda isə vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Qeyd edək ki, bu il Niderland istehsalı olan “Influvac […]

Cəmiyyət Gündəm Ölkə

Bakı metrosuna yeni sədr müavini təyin edilib

“Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin (İH) sədrinə daha bir müavini təyin edilib. Əks-səda QSC-yə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncama əsasən, həmin vəzifə Zaur Nağıyevə həvalə olunub. Bununla da sədr müavinlərinin sayı 3-ə çatıb. Yeni müavin 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, […]

Gündəm Hadisə Ölkə

Sədərək rayonuna güclü dolu yağıb

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağışı müşahidə olunub. Əks-səda xəbər verir ki, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb. Dolu yağışının Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.