Year: 2026

Gündəm KriminaI Ölkə

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. Əks-səda xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib. Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan […]

Gündəm Hadisə Ölkə

Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb

Salyan rayonunda kişini elektrik cərəyanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, Vaqif Hüseyn oğlu Məmmədovu rayonun Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Əks-səda xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirdi. […]

Dünya Gündəm Hadisə

“Reuters”: BƏƏ sahillərində tankerdən neft sızması baş verib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümmül-Qeyveyn əmirliyinin sahillərində tankerdən neft sızması qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin İqlim Dəyişikliyi və Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, mütəxəssislər vəziyyəti qiymətləndirib təhlükəsizliyin təmin edilməsi və dəniz mühitinin qorunması üçün zəruri tədbirləri müəyyənləşdirənədək Ümmül-Qeyveyn əmirliyində bütün çimərliklər və sahilyanı ərazilər bağlanıb. Neft […]

Cəmiyyət Dünya Gündəm

“Politico”: Avropada bu yay istilər səbəbindən azı 50 min nəfər ölüb

Bu yay Avropada müşahidə olunan güclü və uzunmüddətli istilər azı 50 min nəfərin ölümünə səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. İmperial Kollec və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri Avropa İttifaqı, Böyük Britaniya, Norveç və İsveçrədə yerləşən, ümumilikdə 30 ölkə əhalisinin təxminən 40 faizinin yaşadığı 854 şəhəri araşdırıblar. Müəyyən […]

Dünya Gündəm Hadisə

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb

Çinin Tibet Muxtar Rayonunda 7 maqnitudalı zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, xəsarət alanların sayı 65 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının və zərərçəkənlərə yardımın sürətləndirilməsinə, humanitar yardımın operativ şəkildə bölüşdürülməsinə və insanların təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinə çağırıb. O, həmçinin […]

Dünya Gündəm

İlon Mask Corc Sorosu geridə qoyub

Amerikalı sahibkar və dünyanın ən varlı şəxsi İlon Mask ABŞ Konqresinə aralıq seçkilər çərçivəsində Respublikaçılar Partiyasının seçki kampaniyasına 445 milyon dollardan çox vəsait ayırıb. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Belə ki, bu ianə Maskı hazırkı seçki dövrünün ən böyük siyasi donoru edib. O, demokratların əsas maliyyə dəstəkçisi, milyarder Corc Sorosu da […]

Cəmiyyət Dünya Gündəm Hadisə

Niderland “Ostin” fırtınasına hazırlaşır

Niderland Kral Meteorologiya İnstitutu (KNMI) yaxınlaşan “Ostin” fırtınası ilə əlaqədar oktyabrın 23-ü və 24-də ölkənin üç əyalətində sarı səviyyəli hava xəbərdarlığı elan edib. Əks-səda xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib. Xəbərdarlıq ölkənin cənubunda və qərbində yerləşən Cənubi Hollandiya, Zelandiya və Limburq əyalətlərini əhatə edir. Meteoroloqların proqnozuna görə, fırtına güclü yağışlar və sürəti saatda 100 […]

Dünya Gündəm Siyasət

Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzalayıb

Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan, yeni yardım paketi də daxil olmaqla, yeddi sənəd imzalayıb. Əks-səda xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşünün yekunları barədə açıqlamasında bildirib. Zelenskinin sözlərinə görə, tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və Finlandiyanın peyk imkanlarından daha geniş istifadə olunması barədə razılığa […]

Dünya Gündəm Hadisə

İordan çayının qərb sahilində atışmada 5 nəfər yaralanıb, 2 silahlı şəxs güllələnib

İordan çayının qərb sahilində silahlı insident baş verib. Əks-səda “The Times Of Israel” nəşrinə istinadən xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisəni törədən şəxslərdən ikisi İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, daha bir nəfər isə qaçmağa nail olub. İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir insidentə münasibət bildirərək, Fələstin […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.