Year: 2026

Dünya Gündəm Siyasət

Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq görülür

Ukrayna ABŞ-dən Rusiyanın münaqişənin sülh nizamlanmasını müzakirə etmək üçün Vaşinqton və Kiyev nümayəndələri ilə texniki səviyyədə üçtərəfli görüş keçirməyə hazır olması barədə məlumat alıb. Əks-səda UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib. “Amerika tərəfi bunu mümkün qədər tez etməyi təklif edir, biz bu təşəbbüsü dəstəkləyirik. Bu görüşün yekun tarixlərini bilmirəm. […]

Dünya Gündəm Texnologiya

ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq

ABŞ Silahlı Qüvvələrində 2027-ci il oktyabrın 1-dək muxtar döyüş sistemlərinin tətbiqinə cavabdeh olacaq komandanlığın yaradılması planlaşdırılır. Əks-səda Pentaqonun oktyabrın 21-də yaydığı bəyanata əsasən xəbər verir ki, yeni komandanlıq “Agincourt” layihəsi çərçivəsində formalaşdırılacaq. “Agincourt” layihəsinin qarşısında iki vəzifə dayanır. Birincisi, 2027-ci il oktyabrın 1-dək Muxtar Döyüş Əməliyyatları Komandanlığını (AUTOWARCOM) yaratmaq. İkincisi, muxtar sistemlər və robototexnika tərtibatçılarını birbaşa […]

Cəmiyyət Dünya Gündəm

İtaliyada yanacağın qiymətinə görə keçirilən etirazlar ərzaq tədarükündə fasilələrə səbəb olub

İtaliyanın Daxili İşlər Nazirliyi yanacaq qiymətlərinin baha olması səbəbindən avtomobil yollarının bağlanması ilə müşayiət olunan qanunsuz etiraz aksiyalarının iştirakçıları barəsində yoxlamalara başlayıb. Əks-səda “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, yük avtomobillərinin sürücülərinin yoxlanılması əsasən ölkənin cənubundakı Kampaniya vilayətində keçirilir. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarına nəqliyyat vasitələrini toplaşdıqları yerlərdə müşayiət etmək tapşırılıb. DİN etirazçıların hərəkətlərində […]

Dünya Gündəm Idman

Çempionlar Liqası: “Qalatasaray” və “Real” qələbə qazanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turuna 9 oyunla yekun vurulub. Əks-səda xəbər verir ki, “Bavariya” “Arsenal”la, “Real” “Leyptsiq”lə qarşılaşıb. Həmçinin “Mançester Yunayted” “Komo”nun, “Qalatasaray” isə “Lill”in qonağı olub. UEFA Çempionlar Liqası Liqa mərhələsi III tur 21 oktyabr 20:45. “Lill” (Fransa) – “Qalatasaray” (Türkiyə) – 2:4 20:45. “Komo” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 4:1 23:00. […]

Dünya Gündəm Siyasət

ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır

ABŞ Dövlət Departamenti Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı mümkün hərbi əməliyyat fonunda Yaxın Şərqdəki Amerika səfirliklərinin əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndələri bildiriblər. Agentliyin məlumatına görə, Dövlət Departamenti ABŞ-nin Fars körfəzi ölkələrindəki səfirliklərinin bəzi əməkdaşlarının və onların ailə üzvlərinin getməsi barədə göstəriş vermək üzrədir. […]

Dünya Gündəm Hadisə

Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər

Bir qrup silahlı şəxs Liviya Hesablama Palatasının Tripolidəki mənzil-qərargahına soxularaq, idarə rəhbərinə yeni müavin təyin etməyə çalışıb. Əks-səda “Al Hadath” telekanalına istinadən xəbər verir ki, maskalı silahlı şəxslər Ənvər əl-Hauşun Hesablama Palatası rəhbərinin müavini vəzifəsinə başlamasını təmin etmək üçün binaya daxil olublar. Müvafiq qərarı Liviya Ali Dövlət Şurasının sədri Məhəmməd Takala qəbul edib. Lakin təyinat həm […]

Dünya Gündəm Hadisə

Fransada kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb

Fransada biznes sahibləri 17 oktyabrda bir neçə şəhəri bürüyən iğtişaşlardan sonra kütləvi şəkildə özünümüdafiə avadanlıqları almağa başlayıblar. Əks-səda “20 Minutes” portalına istinadən xəbər verir ki, silah dükanlarının sahibləri hücumlardan və talanlardan ehtiyat edən biznesmenlərdən sifarişlərin kəskin artımını qeydə alırlar. Biznesmenlər əmlaklarını birgə qorumaq üçün sosial şəbəkələrdə icmalar yaradırlar. Belə ki, Atlantikin Pireney departamentində bir sahibkar “Qara […]

Manşet Ölkə Rəsmi

Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin qonaqları ilə birlikdə “Əbədi şəhər” kompleksi ilə tanış olub. Əks-səda xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə […]

Dünya Gündəm Hadisə

Kalininqradda hərbi təyyarə qəzaya uğrayıb

“Su-30SM” hərbi təyyarəsi Kalininqrad vilayətində qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə “REN TV”nin mənbəyi məlumat verib. Hadisə Çernyaxovsk rayonunda, Timofeyevka və Zelyonıy Bor yaşayış məntəqələri arasında baş verib. İlkin məlumatlara görə, hər iki pilot katapult edib, lakin xəsarət alıblar. Bildirilib ki, onlar, xəstəxanaya yerləşdiriliblər.

Dünya Gündəm Siyasət

Zelenski: Rusiya ilə münaqişəni cəbhə boyu dondurmağa hazırıq

Cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulması – Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması üçün real yoldur. Əks-səda “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenski münaqişənin hazırkı təmas xətti boyunca dondurulmasını və ərazisinin 75 %-dən çoxunun Ukraynada qalmasını nəzərdə tutan sülh razılaşmasına razı olub-olmayacağı ilə bağlı suala müsbət cavab verib. “Bəli, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.