Year: 2026

Dünya Gündəm Siyasət

Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək

Böyük Britaniya Ukraynaya öz istehsalı olan hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirəcək. Əks-səda xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Endi Börnhem Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə çıxış edərkən bildirib. “Ukraynaya Britaniya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirildiyini elan edirəm”, – Börnhem deyib.

Gündəm Ölkə Siyasət

Qazaxıstan Prezidenti Azərbaycana gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib. Əks-səda xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Dünya Gündəm Idman

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliyanın “Venesiya” klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib. Əks-səda xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ayrılığa səbəb komandanın ölkə çempionatında mövsümə uğursuz başlaması olub. “Venesiya” A Seriyasının ilk altı turunda keçirdiyi bütün oyunlarda məğlub olub. Komanda xalsız sonuncu – 20-ci pillədə qərarlaşıb. Qeyd edək ki, 58 yaşlı mütəxəssis […]

Cəmiyyət Dünya Gündəm

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

Türkiyənin İstanbul şəhərində leysana görə yolları su basıb, əyani tədris dayandırılıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu səbəbdən nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb. Bildirilib ki, dünən axşam saatlarından başlayan yağışlı hava şəhər daxilində daşqınlara səbəb olub. “Yollar, yeraltı keçid və tunelləri su basıb”, – məlumatda qeyd olunub. Bununla yanaşı, İstanbulda əlverişsiz hava şəraitinə görə, […]

Dünya Gündəm Hadisə

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bir azərbaycanlı ailənin də mənzili ziyan görüb. Əks-səda xəbər verir ki, Desnyanski rayonunda Beydullayevlərə məxsus mənzil dağıntılara məruz qalıb. Belə ki, ballistik raket binanın yanına düşüb. Zərbələr zamanı ailənin oğlu Ismixan Beydullayev evdə olub. Xoşbəxtlikdən onun həyatı təhlükəsizlikdədir. Ümumilikdə Kiyevdə ölənlərin sayı 5, yaralananların sayı 20 […]

Gündəm Ölkə Texnologiya

“Şahinlərin Görüşü-2026”: Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimində Aviasiya vasitələrinin tətbiqi üzrə fəaliyyətlər məşq etdirilib. Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib. Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə […]

Dünya Gündəm Idman

“Arsenal” xərcləri azaltmaq məqsədilə 60 iş yerini ləğv etməyi planlaşdırır

İngiltərənin “Arsenal” klubu xərclərin optimallaşdırılması proqramı çərçivəsində təxminən 60 iş yerini ixtisar etməyi planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Kub rəhbərliyi artıq əməkdaşları nəzərdə tutulan ixtisarlar barədə məlumatlandırıb. Dəyişikliklərin bir neçə struktur bölməsini əhatə edəcəyi bildirilir. İxtisarların kişi və qadın komandalarının məşqçilər heyətinə, fiziki hazırlıq üzrə mütəxəssislərə, komandaların fəaliyyətini təmin […]

Cəmiyyət Dünya Gündəm Sosial

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev uşaqlara qarşı cinayətlərə, o cümlədən 14 yaşından kiçik şəxslərə qarşı cinsi zorakılığa görə məsuliyyəti sərtləşdirən qanun imzalayıb. Əks-səda xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, sənəd beş məcəlləyə və altı qanuna dəyişikliklərin edilməsini nəzərdə tutur: “Bundan sonra 14 yaşından kiçik uşağa […]

Cəmiyyət Gündəm Ölkə

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Rusiyadan Azərbaycana idxal olunmuş bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə […]

Dünya Gündəm Siyasət

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. Əks-səda xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral III Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnhemlə vacib görüş olacaq. Təhlükəsizlik məsələlərinin geniş spektri barədə danışacağıq. Bizi gücləndirəcək qərarlar hazırlayırıq. Dəstəyə görə Krala, baş nazirə və […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.