Year: 2026

Gündəm Ölkə Siyasət

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Əks-səda xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonağa ASAN-ın intellektual məhsul […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentli (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. […]

Dünya Gündəm Hadisə

Hindistanda qayığın aşması nəticəsində 13 nəfər ölüb

Bihar ştatında (Hindistan) Qanq çayında qayığın aşması nəticəsində 13 nəfər ölüb. Əks-səda “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Vayşali administrasiyasının rəhbəri Varşi Sinqh bildirib. “Ölənlər arasında 9 qız və 4 oğlan var, onlardan ən kiçiyinin 6 yaşı, ən böyüyünün isə 16 yaşı var”, – o bildirib. Onun sözlərinə görə, xilas edilən altı nəfər xəstəxanada […]

Dünya Gündəm Hadisə

Britaniya HDQ-nin yeganə buzqıran patrul gəmisi sıradan çıxıb

Britaniyanın Kral Donanmasının yeganə buzqıran “HMS Protector” patrul gəmisi ciddi texniki problemlər səbəbindən sıradan çıxıb. Əks-səda “The Daily Telegraph”a istinadən xəbər verir ki, gəmi Böyük Britaniyadan yola düşərkən iki mühərrikdə nasazlıq aşkar edilib. Nəticədə, “HMS Protector” gəmisi İngiltərənin cənub-qərbindəki Devonport hərbi dəniz bazasına aparılmalı olub. Hərbi Dəniz Donanmasının mütəxəssisləri təmir variantlarını araşdırırlar. Nəşrin məlumatına görə, gəmi […]

Dünya Gündəm Idman Ölkə

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. Əks-səda xəbər verir ki, bu, “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub. Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb. Xatırladaq ki, UEFA reytinqində İngiltərə […]

Dünya Gündəm Hadisə

Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb

Polşanın hüquq-mühafizə orqanlarının əməkdaşları Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqlarının aşkarlanması ilə bağlı araşdırma aparır. Əks-səda RMF24-ə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi polisi xəbər verib. “Hərbi polis Qdansk Prokurorluğunun rəhbərliyi altında çimərlikdə naməlum uçuş aparatının qalıqları ilə bağlı araşdırma aparır. İstintaq davam etdikcə sizi məlumatlandıracağıq”, – açıqlamada deyilir. Radiostansiyanın məlumatına görə, qalıqları […]

Dünya Gündəm Hadisə

Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub

Papua-Yeni Qvineyanın Yeni Britaniya adası sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər verib. Məlumata görə, zəlzələnin episentri təxminən 26 200 nəfər əhalisi olan Kokopo şəhərindən 121 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Dünya Gündəm Hadisə

Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələri endirib

Rusiya ordusu yenidən Ukraynanın paytaxtı Kiyevə kütləvi hava zərbələri endirib. Əks-səda xəbər verir ki, yerli vaxtla 04:44-dən başlayan hava hücumları paytaxtı və vilayəti əhatə edib. Hava zərbələri ballistik raket və müxtəlif tipli qanadlı raketlərdən ibarət olub. Ukraynanın hava hücumundan müdafiə sistemi raketlərin bəzilərini havada zərərsizləşdirib.

Manşet Ölkə Rəsmi

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib. Əks-səda xəbər verir ki, müraciətdə deyilir: Sizi 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayır, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıram. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və […]

Dünya Gündəm Siyasət

Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək

Böyük Britaniya Ukraynaya 45 milyon funt sterlinq (təxminən 60 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin bir hissəsi olaraq çoxməqsədli “Lightweight Multirole Missiles” (LMM) raketlərinin tədarükünü sürətləndirəcək. Əks-səda Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanasının bəyanatında qeyd olunub. Bəyanata görə, qış aylarında Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün elan edilmiş paketdən […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.