Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü keçirilib. Əks-səda xəbər verir ki, yürüş Qız Qalasının qarşısından başlayıb. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər. Yürüş zamanı iştirakçılar Azərbaycanın milli musiqilərini və bayatılar səsləndiriblər. Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli […]











