Year: 2026

Dünya Gündəm Hadisə

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Bolqarıstanın Baş naziri Rumen Radev Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının (PUA) hücumu barədə məlumat verib, onlardan biri batıb. Əks-səda xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Gəmilərdən birinin heyət üzvləri arasında 8 Azərbaycan vətəndaşı olub. Onun sözlərinə görə, Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili […]

Dünya Gündəm Hadisə

Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb

Yəmənin Taiz əyalətində son sutka ərzində husilərin hücumları nəticəsində 5 dinc sakin ölüb, 17 nəfər isə yaralanıb. Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Yəmənin “Saba” dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində əyalətdə husilər tərəfindən 43 pozuntu qeydə alınıb. Ölənlər arasında beş yaşlı bir qız da var. Məlumata görə, husilər […]

Dünya Gündəm İQTİSADİYYAT

İran ABŞ blokadasına baxmayaraq, 5 milyon tondan çox neft məhsulu ixrac edib

İran ABŞ-nin tətbiq etdiyi blokadaya baxmayaraq, bu ilin ilk yarısında (İran təqvimi ilə) ölkənin ən böyük ticarət limanı olan Şəhid Rəcai limanı vasitəsilə 5,1 milyon tondan çox neft məhsulları ixrac edib. Əks-səda “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Hormozqan əyalətinin limanlar və dənizçilik idarəsinin baş direktoru Hüseyn Abbasnejad bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlara […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Bakıda oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. Əks-səda xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi. Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının […]

Cəmiyyət Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları və ya 0,62 % artaraq 131,62 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 134,25 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,64 ABŞ […]

Hadisə
Dünya Gündəm Hadisə

Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib

Panamadakı zəlzələ altı mindən çox insana təsir edib, bununla belə tələfatın qarşısını almaq mümkün olub. Əks-səda xəbər verir ki, bu barədə respublikanın prezidenti Xose Raul Mulinonun “X” sosial şəbəkəsində yayımlanan xalqa müraciətində qeyd olunub. “Hazırda 1 744 ev yoxlanılıb, 6 174 nəfər zərər çəkib. Yoxlamalar aparıldıqca bu rəqəm yenilənəcək”, – dövlət başçısı məlumat verib. O vurğulayıb […]

Mədəniyyət
Gündəm Mədəniyyət və Incəsənət Ölkə

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim olunub. Əks-səda AZƏRTAC-a istinadən xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir […]

Hadisə
Dünya Gündəm Hadisə

Panamada daha bir güclü zəlzələ baş verib

Panamada, Sona şəhərindən 32 kilometr cənub-qərbdə 6,4 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Panama Universitetinin Yer elmləri İnstitutunun saytında bildirilib. Məlumatda vurğulanıb ki, yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Sakit okean sahilləri bölgəsində, Veraquas və Çiriki əyalətləri yaxınlığında yerləşib. Yeni zəlzələ oktyabrın 9-da qeydə alınmış güclü seysmik hadisədən […]

İdman
Dünya Gündəm Idman

Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın “Çikaqo”nun heyətində son mövsümündə çıxış etdiyi forması hərracda rekord məbləğə – 14 milyon dollara satılıb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Cordan bu maykada 1998-ci il final seriyasının “Yuta”ya qarşı ikinci matçında (93:88) çıxış edib və həmin görüşdə 37 xal toplayıb. Sonradan komanda […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.