Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır

Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təminatının yaxşılaşdırılması istiqamətində 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi üzrə Novxanı-Pirşağı istiqamətində sabahdan etibarən diametri 1000 və 1400 millimetrlik kanalizasiya kollektorunun tikintisinə başlanılır. Əks-səda bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-yə istinadən xəbər verir. […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Yasamal rayonunda yerləşən orta məktəblərin birində oktyabrın 12-də yanğın törətməyə cəhd göstərilib. Əks-səda xəbər verir ki, Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi […]

Dünya Gündəm Idman

“Borussiya” baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb

“Sabah”ın UEFA Çempionlar Liqasının əss mərhələsindəki rəqibi Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Niko Kovaç ilə yeni müqavilə imzalayıb. Əks-səda klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı xorvatiyalı mütəxəssislə müqavilənin müddəti 2029-cu il iyunun 30-dək uzadılıb. N.Kovaçla yanaşı, onun köməkçiləri – 52 yaşlı Robert Kovaç və 49 yaşlı Filip Tapaloviç də komandada fəaliyyətlərini davam […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, marşrut xəttində avtobusların bir qismi bu ilin aprel ayında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək […]

Cəmiyyət Dünya Gündəm

Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib

Oşersleben şəhərində (Almaniya) bir neçə məktəbdə kütləvi atışma ilə bağlı anonim təhdid səbəbindən əyani dərslər ləğv edilib. Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb. Bununla belə, bağlanan məktəblərin dəqiq sayı qeyd olunmur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, müvafiq təhdid ötən gün axşam edilib. Buna görə də təhlükəsizlik məqsədilə bir sıra məktəblər distant […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. Əks-səda xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi: – Bir daha xoş gəlmisiniz, cənab Prezident. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycanı ziyarət edirsiniz. Əminəm ki, səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bizim elə indicə […]

Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və […]

Gündəm Rəsmi Siyasət

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. Əks-səda xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib. Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı […]

Cəmiyyət Dünya Gündəm

İspaniyanın Formentera adasının sahillərində 19 qanunsuz miqrant xilas edilib

İspaniyanın Formentera adasından 19 mil cənubda Afrikadan bir qayıqla gələn 19 qanunsuz miqrant xilas edilib. Əks-səda xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Xilasetmə əməliyyatında dəniz xilasetmə xidməti və Mülki Qvardiyanın əməkdaşları iştirak ediblər. Balear adaları hakimiyyət orqanlarının məlumatına görə, bu il arxipelaqa göyərtəsində 6 560 miqrant olan 359 qayıq gəlib. 2025-ci ildə adalara […]

Cəmiyyət Gündəm Ölkə

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bu zaman “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək; qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.