Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb

İl-de-Frans regionuna təhsil alan gənclərin etirazları nəticəsində təxminən 8,5 milyon avro məbləğində maddi ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə bazar ertəsi BFMTV məlumat yayıb. Telekanalın məlumatına görə, təkcə bazar ertəsi günü ziyan təqribən 400 min avro təşkil edib. Həmin gün regionun təxminən 80 liseyində etiraz aksiyaları keçirilib. Ümumilikdə etiraz hərəkatı Fransanın 27 departamentini əhatə […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə […]

Hadisə
Cəmiyyət Dünya Gündəm Hadisə

Fransada yeni irimiqyaslı ümummilli tətil və kütləvi etiraz aksiyaları keçiriləcək

Fransada oktyabrın 13-də yeni irimiqyaslı ümummilli tətil və kütləvi etiraz aksiyaları keçiriləcək. Əks-səda Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine bildirib. Məlumata görə, tələbələrin, yuxarı sinif şagirdlərinin və təhsil sahəsi işçilərinin ən böyük həmkarlar ittifaqlarını birləşdirən Koordinasiya Komitəsi bu günü səfərbərliyin əsas nöqtəsi elan edib. Yuxarı sinif şagirdlərinin […]

Prezident İlham Əliyev
Manşet Rəsmi Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Əks-səda xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və […]

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Türkiyənin Düzce vilayətinin Çilimli rayonunda traktorun qəzaya uğraması nəticəsində 11 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, qəza rayonun Karaçörtlen kəndinə gedən yolda baş verib. Belə ki, traktorun qoşqusu aşıb, 11 nəfər xəsarət alıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə oktyabrın 5-dən 11-dək 34 tank əleyhinə mina, 327 piyada əleyhinə mina, 624 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 1239,1 ha ərazi minalardan təmizlənib. Qeyd […]

Hadisə
Gündəm Hadisə Ölkə

Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb. Əks-səda xəbər verir ki, Cəfərov Nizami Bərxudar oğlu “Mercedes” markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vurub. Piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Siyasət
Gündəm Ölkə Siyasət

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib. Əks-səda xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Hadisə
Gündəm Hadisə KriminaI Ölkə

Biləsuvarda toyda bıçaqlanma olub

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Siyasət
Dünya Gündəm Hadisə

Şimali Koreya iki ballistik raket buraxıb

Şimali Koreya, ehtimal ki, iki ballistik raket buraxıb. Əks-səda xəbər verir ki, bu barədə Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Belə ki, birinci raketin buraxılışı barədə məlumat verildikdən iki dəqiqə sonra onun düşdüyü bildirilib. İkinci raketin düşməsi barədə bildiriş isə ehtimal olunan buraxılışdan səkkiz dəqiqə sonra daxil olub. NHK telekanalının məlumatına görə, birinci raket Yaponiyanın müstəsna […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.