• Home  
  • Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb
- Dünya - Gündəm - Hadisə

Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb

Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb. Əks-səda “REN TV”yə istinadən xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb. Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər. […]

Hadisə

Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb.

Əks-səda “REN TV”yə istinadən xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb.

Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər.

Qohumlar axtarışa başlayıb və qəbiristanlıqdan təxminən 300 metr aralıda, meşədə, 10-a yaxın kəllə və çoxlu sayda sümük aşkarlayıblar. Qazılmış məzarın ətrafındakı əraziyə və qəbiristanlığa baxış zamanı iri ayının izləri də aşkar edilib.

İlkin məlumatlara görə, yırtıcı uzun müddət bu ərazidə məskən salmış ola bilər və ehtimal ki, qəbirləri ilk dəfə qazmır.

Ailə polisə və Maqadan meriyasına müraciət edib. Ayının peyda olması ilə bağlı bundan sonra hansı tədbirlərin görüləcəyinə hakimiyyət orqanları qərar verməlidir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.