• Home  
  • Cəlilabadda transformator partlayıb, yanğın baş verib
- Gündəm - Hadisə - Ölkə

Cəlilabadda transformator partlayıb, yanğın baş verib

Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub. Əks-səda xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə […]

Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub.

Əks-səda xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə səbəbi araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.