• Home  
  • Fransa və Böyük Britaniyada anomal istilərin növbəti dalğası gözlənilir
- Cəmiyyət - Dünya - Gündəm

Fransa və Böyük Britaniyada anomal istilərin növbəti dalğası gözlənilir

Sabahdan etibarən Fransa və Böyük Britaniyada yenidən anomal yüksək temperaturlar müşahidə olunacaq. Əks-səda xəbər verir ki, bu barədə Fransanın “Météo-France” meteorologiya xidməti və “The Guardian” məlumat yayıb. Fransanın cənub-şərqində havanın temperaturu 40 dərəcəyə qədər yüksələ bilər. “The Guardian”ın ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada temperatur 36 dərəcəyə çata bilər. Əksər regionlarda hava şəraiti […]

Sabahdan etibarən Fransa və Böyük Britaniyada yenidən anomal yüksək temperaturlar müşahidə olunacaq.

Əks-səda xəbər verir ki, bu barədə Fransanın “Météo-France” meteorologiya xidməti və “The Guardian” məlumat yayıb.

Fransanın cənub-şərqində havanın temperaturu 40 dərəcəyə qədər yüksələ bilər.

“The Guardian”ın ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada temperatur 36 dərəcəyə çata bilər. Əksər regionlarda hava şəraiti ilə bağlı yüksək təhlükə səviyyəsi elan edilib.

Böyük Britaniyada istilərin avqustun 11-dən 14-nə qədər davam edəcəyi gözlənilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.