Bakının Yasamal rayonunda yanğın qeydə alınıb.
Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, açıq sahədə baş vermiş yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.


