• Home  
  • “Toyota” ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır
- Dünya - Gündəm - Maraqlı

“Toyota” ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır

Yaponiyanın “Toyota” avtokonserni ABŞ-də 508 000-dən çox avtomobili geri çağırır. Buna səbəb cihaz panelinin mühüm təhlükəsizlik məlumatlarını göstərməməsidir ki, bu da qəza və xəsarət alma riskini artırır. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib. “Mühərrikin işə salınması zamanı cihaz paneli displeyində yaranan nasazlıq təcili siqnalizasiyanın, […]

Yaponiyanın “Toyota” avtokonserni ABŞ-də 508 000-dən çox avtomobili geri çağırır. Buna səbəb cihaz panelinin mühüm təhlükəsizlik məlumatlarını göstərməməsidir ki, bu da qəza və xəsarət alma riskini artırır.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib.

“Mühərrikin işə salınması zamanı cihaz paneli displeyində yaranan nasazlıq təcili siqnalizasiyanın, dönmə göstəricilərinin, bərkidilməmiş təhlükəsizlik kəmərləri xəbərdarlığı sisteminin və smart-açarın işə düşməsi xatırlatmalarının söndürülməsinə səbəb ola bilər”, – deyə məlumatda qeyd edilib.

Nəşrin məlumatına görə, geriçağırma 2025-2026-cı il buraxılışı olan bəzi “Camry Hybrid” modellərinə şamil ediləcək. Nasazlığın aradan qaldırılması çərçivəsində dilerlər, həmçinin displeyin proqram təminatını da pulsuz yeniləyəcəklər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.