• Home  
  • Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
- Cəmiyyət - Gündəm - Ölkə

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək. Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 […]

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.