• Home  
  • Leonardo Di Kaprio nadir heyvanların xilasına yönəlmiş layihəni işə salıb
- Dünya - Gündəm - Maqazin

Leonardo Di Kaprio nadir heyvanların xilasına yönəlmiş layihəni işə salıb

Hollivud ulduzu Leonardo Di Kaprio və amerikalı iş adamı, “Amazon” şirkətinin təsisçisi Ceff Bezosun fondları dünyanın ən nadir 100 heyvan növünün qorunması və populyasiyasının bərpasına yönəlmiş birgə layihəyə start veriblər. Əks-səda xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb. Söhbət Leonardo Di Kaprionun təsis edib maliyyələşdirdiyi “Re:wild” fondu ilə Ceff Bezosun “Bezos Earth Fund” […]

Hollivud ulduzu Leonardo Di Kaprio və amerikalı iş adamı, “Amazon” şirkətinin təsisçisi Ceff Bezosun fondları dünyanın ən nadir 100 heyvan növünün qorunması və populyasiyasının bərpasına yönəlmiş birgə layihəyə start veriblər.

Əks-səda xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Söhbət Leonardo Di Kaprionun təsis edib maliyyələşdirdiyi “Re:wild” fondu ilə Ceff Bezosun “Bezos Earth Fund” tərəfindən həyata keçirilən “Phoenix Species Project” layihəsindən gedir.

Bildirilir ki, bu, hər iki fondun yalnız nəsli kəsilmək təhlükəsi altında olan canlı növlərinin qorunmasına həsr olunmuş ən iri layihəsidir.

Məlumata görə, layihənin ideyası Leonardo Di Kaprio tərəfindən bir neçə il ərzində hazırlanıb. Daha sonra təşəbbüsə Ceff Bezos və həyat yoldaşı Loren Sançes Bezos da qoşulublar.

Layihə çərçivəsində Madaqaskarda yaşayan qızılbaş sifaka, ABŞ-nin Şimali Karolina ştatındakı salamandra, Filippində yaşayan Visaya ziyilli donuzu, Qalapaqos adalarındakı çəhrayı quru iquanası, Tanzaniyadakı elastik tısbağa və Yeni Qvineyada yaşayan Attenboro uzunburun yexidnası da daxil olmaqla nəsli kəsilmək təhlükəsi ilə üzləşən bir sıra heyvan növlərinin populyasiyasının bərpası nəzərdə tutulur.

Layihənin əsas məqsədi təkcə ayrı-ayrı heyvan növlərini məhv olmaqdan xilas etmək deyil, eyni zamanda uzun illər məhdud maliyyə imkanları ilə fəaliyyət göstərən yerli təbiəti mühafizə təşəbbüslərinə davamlı dəstək göstərməkdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.