• Home  
  • Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb
- Dünya - Gündəm - Hadisə

Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb

Ukrayna Müdafiə Qüvvələri avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki “NOVATEK-Ust-Luqa” kompleksinə zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqramda məlumat yayıb. “Yanğın qeydə alınıb. İlkin məlumata görə, iki emal qurğusu vurulub”, – məlumatda bildirilib. Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir. “NOVATEK-Ust-Luqa” sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün […]

Ukrayna Müdafiə Qüvvələri avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki “NOVATEK-Ust-Luqa” kompleksinə zərbə endirib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqramda məlumat yayıb.

“Yanğın qeydə alınıb. İlkin məlumata görə, iki emal qurğusu vurulub”, – məlumatda bildirilib.

Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir.

“NOVATEK-Ust-Luqa” sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsalat kompleksidir. Onun gücü ildə təxminən 8 milyon ton xammal təşkil edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.