• Home  
  • Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək
- Gündəm - Idman - Ölkə

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Misli Premyer Liqasında I turun daha iki oyunu bu gün keçiriləcək. Əks-səda xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:30-da start götürəcək. Günün ikinci görüşündə “Kəpəz” “Sabah”ın qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq. Misli Premyer Liqası I dövrə, I tur 15 avqust 18:30. “Araz-Naxçıvan” – “İmişli” Hakimlər: Əliyar Ağayev, […]

Misli Premyer Liqasında I turun daha iki oyunu bu gün keçiriləcək.

Əks-səda xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:30-da start götürəcək.

Günün ikinci görüşündə “Kəpəz” “Sabah”ın qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq.

Misli Premyer Liqası

I dövrə, I tur

15 avqust

18:30. “Araz-Naxçıvan” – “İmişli”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Tərlan Talıbzadə.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Qəbələ şəhər stadionu

20:45. “Sabah” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

“Bank Respublika Arena”

Xatırladaq ki, turun açılış qarşılaşmasında “Turan Tovuz” “Qəbələ”ni məğlub edib – 1:0. I turun digər matçları 16-17 avqustda keçiriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.