• Home  
  • Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
- Dünya - Gündəm - Idman

Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib

2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib. Əks-səda xəbər verir ki, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub. İkinci yeri 14:39,45 nəticə ilə macarıstanlı Zalan Şarkan, üçüncü […]

2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib.

Əks-səda xəbər verir ki, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub.

İkinci yeri 14:39,45 nəticə ilə macarıstanlı Zalan Şarkan, üçüncü yeri isə 14:40,64 nəticə ilə almaniyalı Oliver Klement tutub.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatında qadınlar arasında 50 metr məsafəyə arxasıüstə üzgüçülükdə də dünya rekordu qeydə alınıb. İtaliyalı Sara Kurtis bu məsafəni 26,63 saniyəyə qət edib. Avropa çempionatı avqustun 16-da başa çatacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.