• Home  
  • Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
- Gündəm - Hadisə - Ölkə

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, “Ford” markalı yüngül ticari avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Güclü zərbə nəticəsində kəndin elektrik […]

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, “Ford” markalı yüngül ticari avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Güclü zərbə nəticəsində kəndin elektrik enerjisi ilə təminatında da fasilələr yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.