• Home  
  • Bu gün Tərtər, Ağdaş, Bərdə, Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Bu gün Tərtər, Ağdaş, Bərdə, Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün bir sıra rayonlarda elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq. Əks-səda xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 6 kV-luq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 14:00-dək Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir […]

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün bir sıra rayonlarda elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.

Əks-səda xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 6 kV-luq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 14:00-dək Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-yə daxil olan 10 kV-luq “Şıxlı” hava xəttində və 110/35/10 kV-luq “Ləki Dartı” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək və saat 10:30-dan 12:30-dək Ərəş küçəsi, Aşağı Zeynəddin, Yeniarx, Mürsəl, Şıxlı, Qarasuqumlaq, Orta Ləki, Yuxarı Ləki, Hapıtlı, Ovçulu, Güvəkənd, Əmirarx, Cardam, Nehrəxəlil, Kotanarx, Tofiqi, Şəmsabad, Əmirmahmud kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.

Bərdədə 35 kV-luq “Qaraməmmədli” hava xəttində təmir və yeni dayağın əkilməsi ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək Seyid Yusifli, Hacallı, Mehdixanlı, Qayalı, Cicimli kəndlərini də əhatə edəcək.

Yevlax EŞ-nin xidməti ərazisində yerləşən 10 kV-luq hava xəttində təmir işləri ilə əlaqədar 10:00-dan 16:00-dək Qaramanlı, Hacımahmudlu, Nəmirli, Göyük, Nurallar kəndlərinin bir hissəsində fasilə olacaq.

Görülən işlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.