Rusiyanın Kamçatka yarımadasındakı Klyuçevskaya Sopka vulkanının zirvəsində yeni püskürmə başlayıb. Zirvənin üzərində parıltı müşahidə olunub.
Əks-səda xəbər verir ki, bu barədə Kamçatkanın Vulkan Püskürməsinə Qarşı Mübarizə Qrupu məlumat yayıb.
Alimlər kraterdə lava fəvvarələrinin, gecə zirvənin üzərində parıltının və fumarol aktivliyinin artdığını qeydə alıblar.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın kraterində istilik anomaliyasının olduğunu bildirib. Bundan əlavə, intensiv qaz püskürməsi müşahidə olunub.
Klyuçevskaya Sopka Avrasiyada ən yüksək aktiv vulkandır. Bu, diametri təxminən 700 metrə malik zirvə krateri olan konusvari vulkandır. Yamaclarında təxminən 80 ədəd əlavə krater və kül konusları yerləşir.


