Estoniya, Lüksemburq və Moldovanın dövlət və hökumət başçıları, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfər ediblər.
Əks-səda xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkələrdə məlumat verib.
“Bu gün səhər Ukraynanın müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd etmək üçün bizə qoşulan müttəfiqlərimizi Kiyev vağzalında qarşıladıq”, – o qeyd edib.
Britaniya hökumətinin yeni rəhbəri Endi Bernem də Kiyevə gəlib. Bu, onun baş nazir vəzifəsində ilk xarici səfəridir.


