• Home  
  • Qvineyada zibil yığınının sürüşməsi nəticəsində onlarla şəxs həlak olub
- Dünya - Gündəm - Hadisə

Qvineyada zibil yığınının sürüşməsi nəticəsində onlarla şəxs həlak olub

Azı 30 nəfər Qvineyanın paytaxtı Konakridə baş vermiş zibil sürüşməsinin qurbanı olub. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, Konakriyə yağan güclü leysan “Dar-əs-Salam” adlı ən böyük şəhər zibilliyində toplanmış nəhəng məişət tullantıları dağını yuyub dağıdıb. Zibil kütləsi sürüşmə şəklində aşağı enərək ətəkdə yerləşən daxmaların və müvəqqəti […]

Hadisə

Azı 30 nəfər Qvineyanın paytaxtı Konakridə baş vermiş zibil sürüşməsinin qurbanı olub.

Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Konakriyə yağan güclü leysan “Dar-əs-Salam” adlı ən böyük şəhər zibilliyində toplanmış nəhəng məişət tullantıları dağını yuyub dağıdıb. Zibil kütləsi sürüşmə şəklində aşağı enərək ətəkdə yerləşən daxmaların və müvəqqəti tikililərin dağılmasına səbəb olub.

Hadisə nəticəsində azı 30 nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Hakimiyyət nümayəndələri fəlakət yerində axtarış-xilasetmə əməliyyatı hələ də davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.