• Home  
  • “Portu” “Tottenhem”in müdafiəçisi Juan Souzanı icarəyə götürüb
- Dünya - Gündəm - Idman

“Portu” “Tottenhem”in müdafiəçisi Juan Souzanı icarəyə götürüb

Portuqaliyanın “Portu” klubu “Tottenhem”in (İngiltərə) müdafiəçisi Juan Souzanı icarəyə götürüb. Əks-səda İngiltərə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi 2026-cı ilin yanvarından “Santos”dan transfer olunduğu London təmsilçisinin heyətində çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir. Qeyd edək ki, […]

İdman

Portuqaliyanın “Portu” klubu “Tottenhem”in (İngiltərə) müdafiəçisi Juan Souzanı icarəyə götürüb.

Əks-səda İngiltərə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Müdafiəçi 2026-cı ilin yanvarından “Santos”dan transfer olunduğu London təmsilçisinin heyətində çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, Juan Souza 2025/2026 mövsümündə Premyer Liqada 4 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. “Transfermarkt” portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.