• Home  
  • Misirdə avtobus qəzasında 22 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Misirdə avtobus qəzasında 22 nəfər ölüb

Misirin Sinay yarımadasının cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 nəfər ölüb, daha 29 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Sky News yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Bundan əvvəl qəza nəticəsində 16 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Dahab və Nüveyba şəhərləri arasındakı yolda turistləri daşıyan avtobus aşıb. Yaralananlar Şarm əl-Şeyx, Müqəddəs Yekaterina və Əl-Feyruz […]

Hadisə

Misirin Sinay yarımadasının cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 nəfər ölüb, daha 29 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Sky News yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Bundan əvvəl qəza nəticəsində 16 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Dahab və Nüveyba şəhərləri arasındakı yolda turistləri daşıyan avtobus aşıb. Yaralananlar Şarm əl-Şeyx, Müqəddəs Yekaterina və Əl-Feyruz şəhərlərindəki xəstəxanalara çatdırılıb.

İordaniyanın “Al-Mamlaka” telekanalının məlumatına görə, avtobusda olan 10 İordaniya vətəndaşı həlak olub. İordaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarının öldüyünü təsdiqləyib, lakin onların dəqiq sayını açıqlamayıb. Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.