• Home  
  • İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb

İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, zərbələr İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb. İMQ-dən bildirilib ki, aviazərbələr “Hizbullah”ın […]

Hadisə

İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, zərbələr İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb.

İMQ-dən bildirilib ki, aviazərbələr “Hizbullah”ın Livanın cənubunda ehtimal edilən dron hücumuna cavabdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.