Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb.
Əks-səda xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər hadisə yerindən üç zərərçəkəni təxliyə ediblər, onlar helikopterlə Nalçikə aparılıb və orada Fəlakət Tibbi Mərkəzinin əməkdaşlarına təhvil verilib.
Ölənlərin meyitinin sabah təxliyə edilməsi planlaşdırılır.
Qeyd edək ki, Mijirqinin yamacında qar uçqunu olub və 15 alpinisti əhatə edib.


