• Home  
  • Meksikada Uruapan merinin qətli ilə əlaqəli qruplaşmanın lideri saxlanılıb
- Dünya - Gündəm - Hadisə - KriminaI

Meksikada Uruapan merinin qətli ilə əlaqəli qruplaşmanın lideri saxlanılıb

Meksikanın hüquq-mühafizə orqanlarının əməkdaşları Miçoakan ştatının Uruapan şəhərinin meri Karlos Mansonun qətli ilə əlaqəsi olan cinayətkar qruplaşmanın liderini saxlayıblar. Əks-səda xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Xarfuş bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs orderi əsasında Aleksis “N”i Xalisko ştatının Sapopan şəhərində saxlayıblar. Nazir qeyd edib ki, […]

Kriminal

Meksikanın hüquq-mühafizə orqanlarının əməkdaşları Miçoakan ştatının Uruapan şəhərinin meri Karlos Mansonun qətli ilə əlaqəsi olan cinayətkar qruplaşmanın liderini saxlayıblar.

Əks-səda xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Xarfuş bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs orderi əsasında Aleksis “N”i Xalisko ştatının Sapopan şəhərində saxlayıblar. Nazir qeyd edib ki, əməliyyat yerli hakimiyyət orqanları və ştatın qubernatoru ilə əməkdaşlıq şəraitində keçirilib.

Xarfuş bildirib ki, Aleksis “N” Uruapanda cinayətkar qruplaşmanın regional operatoru olub. O, merin qətlinin təşkilatçılarından biri hesab edilən Xorxe Armandonun həbsindən sonra qruplaşmaya rəhbərlik edib.

Nazirin sözlərinə görə, Aleksis “N”in saxlanılmasından sonra Karlos Mansonun qətli ilə əlaqədar həbs edilənlərin ümumi sayı 32 nəfərə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.