• Home  
  • Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq
- Dünya - Gündəm - Texnologiya

Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq

Lyanyunqan şəhərində İctimai Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Qlobal Forumun iştirakçıları Telekommunikasiya və İnternet Dələduzluğuna Qarşı Mübarizə üzrə Beynəlxalq Alyansın yaradılması haqqında Birgə bəyanat qəbul ediblər. Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, sənəddə telekommunikasiya və internet sahəsində dələduzluğun qlobal problemə çevrildiy qeyd olunub. Beynəlxalq konvensiyalara əsaslanan peşəkar, səmərəli və fəaliyyətə yönəlmiş hökumətlərarası beynəlxalq təşkilatın yaradılması dələduzluğa qarşı […]

Texnologiya

Lyanyunqan şəhərində İctimai Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Qlobal Forumun iştirakçıları Telekommunikasiya və İnternet Dələduzluğuna Qarşı Mübarizə üzrə Beynəlxalq Alyansın yaradılması haqqında Birgə bəyanat qəbul ediblər.

Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, sənəddə telekommunikasiya və internet sahəsində dələduzluğun qlobal problemə çevrildiy qeyd olunub.

Beynəlxalq konvensiyalara əsaslanan peşəkar, səmərəli və fəaliyyətə yönəlmiş hökumətlərarası beynəlxalq təşkilatın yaradılması dələduzluğa qarşı birgə mübarizədə böyük praktiki əhəmiyyət kəsb edir.

Bəyanatın imzalanması mərasimində 46 təsisçi ölkənin nümayəndələri, eləcə də 34 ölkədən və BMT və İnterpol da daxil olmaqla, dörd beynəlxalq təşkilatdan müşahidəçilər iştirak ediblər.

Qlobal Forum sentyabrın 8–10-da Çinin Lyanyunqan şəhərində keçirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.