• Home  
  • Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib
- Dünya - Gündəm - Siyasət

Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışığı zamanı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tədbirləri müzakirə ediblər. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, məlumatı Baş nazirin aparatı yayıb. Tərəflər Ermənistan-Özbəkistan münasibətlərinin və ikitərəfli gündəliyin gələcək inkişafına dair məsələləri müzakirə ediblər. Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün ardıcıl […]

Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışığı zamanı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tədbirləri müzakirə ediblər.

Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, məlumatı Baş nazirin aparatı yayıb.

Tərəflər Ermənistan-Özbəkistan münasibətlərinin və ikitərəfli gündəliyin gələcək inkişafına dair məsələləri müzakirə ediblər.

Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, regional proseslər, o cümlədən Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.