Diplomatik korpus Xankəndidə Zəfər parkını ziyarət edib.
Əks-səda xəbər verir ki, diplomatik korpusun nümayəndələri Zəfər tağının fonunda xatirə fotosu çəkdirib, daha sonra Zəfər meydanına yollanıblar.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.


