Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsindəki Ob körfəzində gəmi sahil xəttinə atılıb.
Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğundan bildirilib.
Məlumata görə, Ob körfəzi yaxınlığındakı ST-1 gəmisi yay hissəsi ilə sahil xəttinə atılıb. Gəmidə iki nəfər olub, kapitan hadisə yerində ölüb.
Qeyd olunur ki, gəmiçiliyin təhlükəsizliyi haqqında qanunvericiliyin icrasının yoxlanılmasını Novourengoy Nəqliyyat Prokurorluğu təşkil edib. “Hadisənin səbəbləri və başvermə şəratləri müəyyənləşdirilir”, – məlumatda deyilir.
İstintaq orqanları ilkin araşdırma aparır.


