• Home  
  • Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək
- Cəmiyyət - Gündəm - Ölkə

Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

“Azərbaycan Dəmir Yolları” (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək. Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv […]

Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək.

Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.