• Home  
  • “Anthropic”, “OpenAI” və “Google” süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
- Dünya - Gündəm - Texnologiya

“Anthropic”, “OpenAI” və “Google” süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər

“Anthropic”, “OpenAI” və “Google” süni intellekt sahəsində standartlar hazırlamaq üçün birgə sahə təşkilatının yaradılmasını müzakirə edirlər. Əks-səda xəbər verir ki, bu barədə mənbələrə istinadən “Information” məlumat yayıb. “Anthropic”, “OpenAI” və “Google” süni intellekt standartları üzrə birgə qurum yaratmaq üçün danışıqlar aparır; üç şirkətin nümayəndələri iyuldan bəri işçi qrupu formatında görüşürlər”, – nəşr yazır. Nəşrin mənbələrinin məlumatına görə, […]

Texnologiya

“Anthropic”, “OpenAI” və “Google” süni intellekt sahəsində standartlar hazırlamaq üçün birgə sahə təşkilatının yaradılmasını müzakirə edirlər.

Əks-səda xəbər verir ki, bu barədə mənbələrə istinadən “Information” məlumat yayıb.

“Anthropic”, “OpenAI” və “Google” süni intellekt standartları üzrə birgə qurum yaratmaq üçün danışıqlar aparır; üç şirkətin nümayəndələri iyuldan bəri işçi qrupu formatında görüşürlər”, – nəşr yazır.

Nəşrin mənbələrinin məlumatına görə, “Anthropic”, “OpenAI” və “Google” işçi qruplarının görüşləri üç şirkətin rəhbərliyinin səs-küylü ictimai bəyanatlarından və təkliflərindən kənarda real tədbirlər görməyə hazır olduğunu göstərir. Bir mənbə görüşlərdən birinin ötən həftə baş tutduğunu vurğulayıb. Məqalədə deyilir ki, “Meta”nın məsələ ilə bağlı mövqeyi hələ də qeyri-müəyyəndir.

Daha əvvəl “Anthropic”in baş direktoru Dario Amodei güclü süni intellekt modellərinin onları dayandırmaq üçün insan cəhdlərini dəf etməyə qadir olduğunu bildirib. O, şənbə günü təhlükəsizlik səbəbləri ilə süni intellektin inkişafını yavaşlatmağa çağırıb. Milyarder İlon Mask və “OpenAI”nin baş direktoru Sem Altman ideya ilə razı olduqlarını bildiriblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.