• Home  
  • Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
- Dünya - Gündəm - Texnologiya

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin “Waymo” şirkəti, “GO” taksi çağırış tətbiqi operatoru və “Nihon Kotsu” taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb. Xidmətin tədricən təxminən 100 pilotsuz taksiyə qədər genişləndirilməsi planlaşdırılır. GO şirkəti texnoloji platformanı və taksi sifarişi tətbiqlərinin hazırlanması təcrübəsini təqdim edəcək. Xidmət çərçivəsində […]

Texnologiya

ABŞ-nin “Waymo” şirkəti, “GO” taksi çağırış tətbiqi operatoru və “Nihon Kotsu” taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Xidmətin tədricən təxminən 100 pilotsuz taksiyə qədər genişləndirilməsi planlaşdırılır.

GO şirkəti texnoloji platformanı və taksi sifarişi tətbiqlərinin hazırlanması təcrübəsini təqdim edəcək. Xidmət çərçivəsində “Waymo”nun avtonom idarəetmə texnologiyası ilə təchiz edilmiş avtomobillərdən istifadə olunacaq. Yaponiyanın ən böyük taksi şirkəti olan Nihon Kotsu operativ idarəetmə və digər tapşırıqlara cavabdeh olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.