ABŞ hərbçiləri İranın dəniz limanlarına tətbiq edilən blokadanın bərpa olunmasından ötən iki ay ərzində 103 ticarət gəmisinin marşrutunu dəyişdirib.
Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
“15 sentyabr tarixinə ABŞ Silahlı Qüvvələri 103 gəminin marşrutunu dəyişdirib”, – deyə məlumatda qeyd olunub.

