• Home  
  • UEFA Millətlər Liqası: Litva – Azərbaycan matçının hakimləri açıqlanıb
- Gündəm - Idman - Ölkə

UEFA Millətlər Liqası: Litva – Azərbaycan matçının hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin səfərdə Litvaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib. Əks-səda xəbər verir ki, görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək. VAR hakimi Marios Kristoforou, VAR köməkçi […]

İdman

UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin səfərdə Litvaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Əks-səda xəbər verir ki, görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.

Qeyd edək ki, Litva – Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.