• Home  
  • Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində (Rusiya) “Triumf” gəmisində yanğın baş verib, nəticədə 7 heyət üzvü yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Uzaq Şərq Qəza-Xilasetmə İşləri Ekspedisiya Dəstəsinin donanmaya nəzarət dispetçer xidmətindən məlumat verilib. Məlumata görə, göyərtədə olan 29 nəfərdən 25-i “Persey” gəmisinin heyəti tərəfindən xilas edilib. Daha əvvəl bildirilmişdi ki, 4 nəfər, o cümlədən gəminin kapitanı itkin düşmüş […]

Hadisə

Kamçatka sahillərində (Rusiya) “Triumf” gəmisində yanğın baş verib, nəticədə 7 heyət üzvü yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Uzaq Şərq Qəza-Xilasetmə İşləri Ekspedisiya Dəstəsinin donanmaya nəzarət dispetçer xidmətindən məlumat verilib.

Məlumata görə, göyərtədə olan 29 nəfərdən 25-i “Persey” gəmisinin heyəti tərəfindən xilas edilib.

Daha əvvəl bildirilmişdi ki, 4 nəfər, o cümlədən gəminin kapitanı itkin düşmüş hesab olunur. Daha sonra xilasedicilər məlumat veriblər ki, gəminin kapitanı xilas edilib, 4 heyət üzvünün axtarışları davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.