• Home  
  • Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
- Dünya - Gündəm - Siyasət

Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir

İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb. Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: “İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-yə etibar etmir”. “İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu […]

Siyasət

İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.

Əks-səda xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: “İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-yə etibar etmir”.

“İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək”, – Pezeşkian vurğulayıb.

Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.