• Home  
  • Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
- Cəmiyyət - Gündəm - Hadisə - Ölkə

Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədova Şəlalə Habil qızının idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü […]

Hadisə

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var.

Əks-səda xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədova Şəlalə Habil qızının idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı, 2022-ci il təvəllüdlü M.T müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.