• Home  
  • Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
- Dünya - Gündəm - Texnologiya

Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb

Boeing şirkəti 737 MAX təyyarəsində avtomatik naviqasiya funksiyasının sıradan çıxmasına səbəb ola biləcək proqram təminatında nasazlıq aşkar edib. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” sənədə istinadən yazıb. Problem pilot kabinəsində proqram təminatının yenilənməsindən sonra müəyyənləşdirilib. Nasazlıq ekipaj ikinci dövrə qalxdıqdan sonra marşrutu dəyişdikdə yarana bilər. Bəzi hallarda pilotlara təyyarəni avtopilotun müəyyən funksiyalarından […]

Texnologiya

Boeing şirkəti 737 MAX təyyarəsində avtomatik naviqasiya funksiyasının sıradan çıxmasına səbəb ola biləcək proqram təminatında nasazlıq aşkar edib.

Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” sənədə istinadən yazıb.

Problem pilot kabinəsində proqram təminatının yenilənməsindən sonra müəyyənləşdirilib. Nasazlıq ekipaj ikinci dövrə qalxdıqdan sonra marşrutu dəyişdikdə yarana bilər. Bəzi hallarda pilotlara təyyarəni avtopilotun müəyyən funksiyalarından istifadə etmədən, manual idarə etmək lazım gələ bilər.

“Boeing” avqustun sonunda 737 MAX təyyarələrini istismar edən şirkətləri problem barədə məlumatlandırıb və nasazlığın uçuş təhlükəsizliyinə təhdid yaratmadığını bildirib.

Şirkət aviaşirkətlərlə birlikdə zərurət yarandıqda ekipajın avtomatik naviqasiya funksiyasını yenidən aktivləşdirməsinə imkan verən prosedur, həmçinin problemi tam aradan qaldıracaq proqram təminatı yeniləməsi üzərində işləyir.

Proqram təminatını hazırlayan “GE Aerospace” şirkəti “Boeing”lə sıx əməkdaşlıq etdiyini və yoxlama zamanı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) dəstək göstərəcəyini açıqlayıb.

“Southwest Airlines” və “United Airlines” problemli proqram təminatı ilə təchiz edilmiş yeni 737 MAX təyyarələrini qəbul etməkdən imtina edərək daha əvvəlki versiyanın təqdim olunmasını istəyib.

Analitik şirkət “Cirium”un məlumatına görə, hazırda dünyada 2422 ədəd Boeing 737 MAX 8 və 737 MAX 9 təyyarəsi istismar olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.