• Home  
  • Cənubi Koreya 2029-cu ilə qədər öz peykinin istehsalına başlamağı planlaşdırır
- Dünya - Gündəm - Texnologiya

Cənubi Koreya 2029-cu ilə qədər öz peykinin istehsalına başlamağı planlaşdırır

Cənubi Koreya 2029-cu ilə qədər Koreya Mövqeləndirmə Sistemi (KPS) üçün özünün ilk peykinin istehsalına başlayacaq. Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Aerokosmik Sənaye İdarəsi (KASA) məlumat yayıb. Hökumət 14 il ərzində layihəyə 3,72 trilyon von (2,73 milyard dollar) investisiya yatırmağı planlaşdırır. 2035-ci ilə qədər səkkiz KPS peykinin orbitə çıxarılması nəzərdən keçirilir. KPS […]

Texnologiya

Cənubi Koreya 2029-cu ilə qədər Koreya Mövqeləndirmə Sistemi (KPS) üçün özünün ilk peykinin istehsalına başlayacaq.

Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Aerokosmik Sənaye İdarəsi (KASA) məlumat yayıb.

Hökumət 14 il ərzində layihəyə 3,72 trilyon von (2,73 milyard dollar) investisiya yatırmağı planlaşdırır. 2035-ci ilə qədər səkkiz KPS peykinin orbitə çıxarılması nəzərdən keçirilir.

KPS – Koreya yarımadası və bitişik ərazilərdə yüksək dəqiqlikli naviqasiya, yerləşmə yerinin müəyyən edilməsi və vaxtın sinxronlaşdırılmasını təmin etmək üçün nəzərdə tutulmuş peyk naviqasiya sistemidir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.