• Home  
  • Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur. Bu müddətdə nağdsız ödənişlərin payı isə 84,3 %-dən 89,1 […]

Cəmiyyət

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib.

Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.

Bu müddətdə nağdsız ödənişlərin payı isə 84,3 %-dən 89,1 %-ə yüksəlib.

Bu ilin 8 ayı ərzində avtobuslarda nağdsız ödənişlərin 60 %-i “BakıKart”, 28 % –i EMV (bank kartları), 12 %-i isə QR kodla aparılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.