• Home  
  • Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
- Dünya - Gündəm - Sağlamlıq

Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib

Konqo Demokratik Respublikasının (KDR) səhiyyə orqanları Ebola qızdırmasının ölkənin səkkizinci əyalətinə yayıldığını təsdiqləyiblər. Əks-səda xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyinin tabeliyində olan İctimai Səhiyyə İnstitutu məlumat yayıb. Şimali Ubangi əyalətində Ebola infeksiyasına iki yoluxma halının aşkarlandığı, yoluxanlardan birinin öldüyü qeyd edilib. Şimali Ubangi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Sentyabrda Ebolaya yoluxma hallarının aşkarlandığı […]

Konqo Demokratik Respublikasının (KDR) səhiyyə orqanları Ebola qızdırmasının ölkənin səkkizinci əyalətinə yayıldığını təsdiqləyiblər.

Əks-səda xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyinin tabeliyində olan İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Şimali Ubangi əyalətində Ebola infeksiyasına iki yoluxma halının aşkarlandığı, yoluxanlardan birinin öldüyü qeyd edilib.

Şimali Ubangi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Sentyabrda Ebolaya yoluxma hallarının aşkarlandığı Cənubi Ubangi əyaləti ilə həmsərhəddir.

Son məlumatlara görə, Konqo Demokratik Respublikasında laboratoriyada Ebolaya yoluxma hallarının təsdiqlənmiş sayı 9 144-dür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.