• Home  
  • “Yuventus” “İnter”in futbolçusu Hakan Çalhanoğlu ilə maraqlanır
- Dünya - Gündəm - Idman

“Yuventus” “İnter”in futbolçusu Hakan Çalhanoğlu ilə maraqlanır

İtaliya A Seriyası təmsilçisi “Yuventus” “İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır. Əks-səda xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Tərəflər arasında sözləşmə müddətinin uzadılması ilə bağlı danışıqlar davam etmir. Razılıq əldə olunmasa, Turin klubunun Çalhanoğlunu transfer etmək üçün addım atacağı bildirilir. 2017-ci ildən […]

İdman

İtaliya A Seriyası təmsilçisi “Yuventus” “İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır.

Əks-səda xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

32 yaşlı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Tərəflər arasında sözləşmə müddətinin uzadılması ilə bağlı danışıqlar davam etmir. Razılıq əldə olunmasa, Turin klubunun Çalhanoğlunu transfer etmək üçün addım atacağı bildirilir.

2017-ci ildən İtaliyada çıxış edən futbolçu əvvəlcə “Milan”da, 2021-ci ildən isə “İnter”də forma geyinib. O, “İnter”lə 2 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun və 3 dəfə Superkubokun qalibi olub.

H. Çalhanoğlu cari mövsümdə 4 matçda 2 qol vurub. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.