Azərbaycanda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış forma və top hədiyyə edib.
Əks-səda xəbər verir ki, C.İnfantino hədiyyələri bu gün dövlət başçısının qəbulunda olarkən təqdim edib.
Canni İnfantino, həmçinin xatirə hədiyyəsi kimi İlham Əliyevə FİFA-nın rəmzi sarı və qırmızı vərəqələrini, eləcə də vımpelini verib.





