Türkiyənin Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb.
Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


